skip to Main Content
MedEra Hospital
Əcəmi Naxçıvani küçəsi 53
Sosial şəbəkələr:

Boyun fəqərə arası disk yırtıqları

Boyun Fəqərə Arası Disk Yırtıqları

Boyun fəqərə arası disk yırtıqları hansı səbəbdən yaranır?

Onurğamızın boyun hissəsi 7 fəqərədən təşkil olunmuşdur. Birinci və ikinci fəqərə arasında disk yoxdur, digərlərinin arasında disk vardır. Boyun fəqərələri daha hərəkətli olduğu üçün boyundakı disklər belə görə daha sağlamdırlar. Lakin travma, qeyri-düzgün hərəkət nəticəsində boyun nahiyyəsində yırtıqlara rast gəlinir.

Boyun yırtıqlarının klinikası

Ən çox C5-C6,C6-C7 disk protruziyaları və ya yırtıqlarına rast gəlinir ki, ilk təzahür edən simptomu boyun ağrılarıdır. Ağrı bir qədər sonra yayılaraq boyun, kürək və qolun yuxarı hissısində hiss edilir. Baş ağrıları və baş gicəllənmələr ola bilər. Bel-oma yırtıqlarından fərqlı olaraq bu ağrılar öskürmə və asqırma ilə artmaz. Ağrı ilə yanaşı, kökcüyün innervasiya etdiyi zona boyu uyuşma və keyimə şəklində hissi pozuntular meydana çıxır. Sinirin innervasiya etdiyi nahiyyələrdə gücsüzlük yarana bilər. Yarımkəskin dövr radikulopatiyalarda ağrı daha geri planda olur. Ayaqlara gedən sinirlər də boyundan keçdiyi üçün ağır dərəcəli boyun yırtıqlarında prosesə həm qollar, həm də ayaqlar cəlb oluna bilər. Məsələn: yerişin pozulması, qüvvətsizlik, sidik-ifrazat funksiyasının pozulması. Bu səbəbdən boyun yırtıqları daha təhlükəli hesab olunur.

Diaqnoz necə qoyulur?

Boyun fəqərə arası disk yırtıqlarının diaqnozu MRT və ENMQ müayinəsi vasitəsilə qoyulur. ENMQ müayinəsi vasitəsilə kökcük sıxılmasının dərəcəsi,zədənin kəskin, yarım kəski və ya xroniki mərhələdə olması təyin olunur və doğru müalicə istiqamətinin seçilməsinə yardımçı olur.

Boyun fəqərə arası disk yırtıqlarının differensial diaqnozu

Boyun fəqərə arası disk yırtıqları yaradacaq bir sıra yuxarı ətrafın periferik sinirlərinin xəstəlikləri vardır ki, onların ayırd edilməsi vacibdir. Bunun üçün pasiyent bir təcrübəli nevroloq tərəfindın ətraflı dəyərlındirilməli və lazım gələrsə yardımçı müayinələrə əl atılmalı. Məsələn; elektroneyromioqrafiya müayinəsi vasitəsilə biz bu xəstəlikləri differensasiya edib düzgün müalicə istiqaməti seçə bilərik.Bu xəstəliklər yuxarı ətrafda rastlaşa biləcəyimiz

  • karpal tunel sindromu
  • kubital tunel sindromu
  • torasik çıxış sindromu
  • braxial pleksopatiya və bir sıra yuxarı ətrafın neyropatiyalarıdır.

Boyun fəqərə arası disk yırtıqlarının müalicəsi

Boyun fəqərə arası disk yırtıqlarının müalicəsi xəstəliyin mərhələsi, ağırlıq dərəcəsi,xəstənin yaşı və s. kimi faktorlar nəzərə alınaraq tərtib olunur.

Back To Top