skip to Main Content
MedEra Hospital
Əcəmi Naxçıvani küçəsi 53
Sosial şəbəkələr:
Baş gicəllənmə beyin qan dövranının pozulması nəticəsində yaranırmı?
Başgicəllənmə beyin və beyindən kənar səbəblərdən yarana bilər. Beyin qan dövranı pozğunluğu da baş gicəllənməsi yarada bilir. Lakin 85% hallarda baş gicəllənmə beyindən kənar səbəblərdən yaranır ki, buna "Xoşxassəli pozisyonal vertigo" deyirik. Səbəbi isə daxili qulaqda müvazinət kristallarının yerindən oynamasıdır. Bu isə düzgün diaqnoz qoyulduqda rahatlıqla aradan qalxan problemdir.
Əllərdə olan uyuşma, keyləşmə hansı fəsadlara səbəb ola bilər?
Əllərdə olan uyuşuqluq ən çox əmələ gəlmə səbəbi "median" sinir adlandırılan sinirin bilək kanalında sıxılması nəticəsində olur. Əgər diaqnoz vaxtında qoyulub müalicə olunmazsa, əldə zəiflik, arıqlama, gücsüzlük və tutma qabiliyyətinin itməsinə, yəni parezə səbəb ola bilər.
Uşaqlarda olan sidik qaçırma öz-özünə keçərmi, ya mütləq müalicə olunmalıdır?
4 yaşdan yuxarı olan sidik qaçırma patoloji hesab olunur və enurez adlandırılır. Bəzən müalicəsiz keçə bilər, lakin çox hallarda müalicə olunmadıqda qalıcı olur və sonrakı müalicə çətinləşir.
Elektroneyromioqrafiya müayinəsi nədir və digər müayinələrdən hansı üstünlükləri var?
ENMQ müayinəsi sinir və əzələlərin elektrik aktivliyini təyin etməklə sinirlərdə və əzələlərdə yaranmış zədələri, hər hansı keçici və qalıcı xəstəlikləri təyin etməklə xəstəliyə diaqnoz qoyur və gedişat haqqında proqnoz verir. Bəzi xəstəliklərdə konservativ və ya cərrahi müalicəninmi daha effektiv ola biləcəyi barədə proqnoz verir. (Məs: KTS, kub. PS, disk yırtığı, sinir travması).
Miqrenin müalicəsi varmı?
Miqren sağalan xəstəlikdir, lakin müalicəsi qısamüddətli deyildir. İlk müalicə kursunda ağrıların sayı 50% azalırsa, bu uğurlu nəticədir. Müalicənin məqsədi ağrıların sayını minimuma endirmək və kəsməkdir. Əgər düzgün sxem üzrə müalicə aparılarsa, buna nail olmaq mümkündür.
Elektroensefaloqramma müayinəsi əsasən hansı hallarda istifadə olunur və diaqnostik əhəmiyyəti nədir?
EEQ müayinəsinin əsasən epilepsiya və epilepsiyaya bənzər hallarda (konversion tutmalar), metabolik ensefalopatiyalar zamanı aparılması məqsədə uyğundur və bu prosedur diaqnozun qoyulmasına və müalicənin istiqamətinə kömək edir.
Back To Top