Tik nədir?
Tiklər nədir? Tiklər insanın özündən asılı olmadan nizamsız şəkildə təkrar edən, sadə və ya kompleks davranışlardır. Bu davranışlar hər hansı hərəkət və ya səs şəklində mövcud ola bilir.
Tiklər hansı insanlarda görülür? Tiklər, əslində, hər bir yaş dövründə meydana çıxa bilər. Yenə də onların əksəriyyəti uşaq yaşlarda özünü göstərməyə başlayır.
Nevroloji tiklər
Tiklərin bir neçəsi bizə artıq tanışdır və onu ətrafınızdakı insanlarda müşahidə edə bilərsiniz. Məsələn, göz qırpma, çiyin qaldırma, dodaqlarla oynama və s. hərəkətlər.
Bəzi tiklər isə ritmik səslər şəklində insanların çıxardığı səslərdir. Belə tiklər kompleks tiklərdir. Bundan başqa, yolda yeriyərkən xüsusi işarələrin üstündən keçmə (yol xətlərinin və ya küçədəki dairələrin), deyilən sözlərin təkrarlanması, təpik atma və s. belə tiklərə aid edilir.
Tiklər niyə yaranır?
Tiklərin yaranmasında hər hansı travmaların, nevroloji nizamsızlıqların, psixoloji narahatlıqların, ətraf mühit faktorlarının (ətrafdakı təsirin) və s. – nin təsiri vardır.
Pasiyentlər üçün maraq yaradan suallardan biri də tiklərin tam aradan qalxıb-qalxmadığıdır. Bu çətin olurmu? Elə tiklər ola bilər ki, bunun uzun müddət təsiri ola bilər və müalicə ilə pasiyentin həyat tərzinə maneə yaradan tiklər nisbətən yüngülləşdirmək olar. Doğru müalicə ilə sadə tiklərdən də rahatlıqla azad ola bilərsiniz.
Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.
Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.
Daha ətraflıBeyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi
Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi
Daha ətraflıMüxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi
Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi
Daha ətraflıFokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri
Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri
Daha ətraflıCopyright © Bütün hüquqlar qorunur | @VRproduction