Tez-Tez Verilən Suallar

  • Baş gicəllənmə beyin qan dövranının pozulması nəticəsində yaranırmı?

    Başgicəllənmə beyin və beyindən kənar səbəblərdən yarana bilər. Beyin qan dövranı pozğunluğu da baş gicəllənməsi yarada bilir. Lakin 85% hallarda baş gicəllənmə beyindən kənar səbəblərdən yaranır ki, buna "Xoşxassəli pozisyonal vertigo" deyirik. Səbəbi isə daxili qulaqda müvazinət kristallarının yerindən oynamasıdır. Bu isə düzgün diaqnoz qoyulduqda rahatlıqla aradan qalxan problemdir.

  • Əllərdə olan uyuşma, keyləşmə hansı fəsadlara səbəb ola bilər?

    Əllərdə olan uyuşuqluq ən çox əmələ gəlmə səbəbi "median" sinir adlandırılan sinirin bilək kanalında sıxılması nəticəsində olur. Əgər diaqnoz vaxtında qoyulub müalicə olunmazsa, əldə zəiflik, arıqlama, gücsüzlük və tutma qabiliyyətinin itməsinə, yəni parezə səbəb ola bilər.