Təhsil və iş təcrübəsi
2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır.
2009-2010-cu illərdə F.Əfəndiyev adına Şəhər Klinik Xəstəxanasında Nevrologiya üzrə internatura keçmiş və nevropatoloq ixtisasını almışdır.
2012-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda «Nevropatologiya» üzrə ümumi təkmilləşmə kursu keçmişdir. Eyni ildə Ukraynada A.P.Romodanov adına Neyrocərrahiyyə İnstitutunda EEQ üzrə təkmilləşmişdir.
2015-ci ildə nevrologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmiş, həmin ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən «31-ci Beynəlxalq Epilepsiya konfransı»nda iştirak etmişdir. Eyni zamanda həmin ildə T.C. Uludağ Universiteti Tibb Fakültəsi, Nevrologiya kafedrası, neyrofizioloji laboratoriyada ENMG, EEG, oyadılmış potensial və nevroloji klinikada nevropatologiya üzrə təkmilləşmişdir.
2015-2016-cı illərdə Səudiyyə Ərəbistanda Miznab Hospitalda qeyri-stabil nevroloji xəstələrin intensiv müalicəsi üzrə təkmilləşmiş, Bursa şəhəri Uludağ Universitetində nevroloji klinikada və neyrofizioloji laboratoriyada EEQ və ENMQ üzrə kurs keçmişdir.
2011-2018-ci illərdə Dəmiryol Xəstəxanasında çalışmış, hazırda isə MedEra Hospitalda çalışır.
Nevroloq-nevropatoloq Sevinc Məmmədova epilepsiya, əsəbilik, depressiya, xroniki yorğunluq, yaddaş pozğunluğu, yuxu pozğunluğu, nitq problemləri, genetik mənşəli əzələ və sinir zədələnmələri, yerimə problemləri, karpal tunel sindromu, pleksopatiyalar, diabetik və digər mənşəli polineyropatiyalar, kubital tunel sindromu, parkinson xəstəliyi və s. xəstəlikləri peşəkarcasına müalicə edir.