Nevroloq | Nevropatoloq Dr. Sevinc Məmmədova

Sağlamlığınızı peşəkarlara əmanət edin

Düzgün diaqnoz düzgün müalicənin təməlidir. Yanlış qoyulmuş diaqnoz xəstəliyin gedişinə mənfi təsir edir və növbəti mərhələlərdə müalicəni çətinləşdirir. Buna görə sağlamlığınızı işində peşəkar həkimə etibar edin.
MedEra Hospital
Həftə içi hər gün, 10:00 — 17:00
Qəbula yazılmaq üçün
İş saatları
Həftə içi hər gün, 10:00 — 17:00
Bizə yazın
Nevroloq Dr. Sevinc Məmmədova
Nevroloq Dr. Sevinc Məmmədova
Haqqımızda

Nevroloq-nevropatoloq Dr. Sevinc Məmmədova

Nevroloq Dr. Sevinc Məmmədova 2009-cu ildən nevrologiya sahəsində çalışır. Epilepsiya, baş ağrıları, yuxu və yaddaş pozğunluqları, periferik sinir zədələnmələri və beyin qan dövranı problemlərinin diaqnostikası ilə məşğul olur. Hazırda MedEra Hospital klinikasında qəbul aparır.
  • Fərdi müalicə planı
  • Neyrofizioloji müayinə — EEQ, ENMQ
  • Uşaq və böyüklərin qəbulu
  • Onlayn randevu imkanı
Xidmətlərimiz

Sinir sistemi xəstəliklərinin müalicəsi

Baş ağrılarından epilepsiyaya qədər — sinir sistemi xəstəliklərinin dəqiq diaqnostikası və müasir protokollara uyğun müalicəsi.
Periferik sinir xəstəlikləri
Disk yırtıqları, kələf zədələnmələri, karpal tunel sindromu, polineyropatiyalar və s.
Beyin qan dövranı pozğunluqları
Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi.
Baş ağrıları və baş gicəllənmələri
Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi.
Epilepsiyalar
Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri.
Onurğa problemləri
Boyun, kürək və bel ağrıları, fəqərəarası disk yırtıqları, osteoxondroz və radikulitlər.
Həyəcan-təşviş pozuntuları
Daimi narahatlıq və gərginlik hissi, panik ataklar, ürəkdöyünmə və təngnəfəslik.
Depressiya
Əhvalın uzunmüddətli enməsi, maraq itkisi, yorğunluq, yuxu və iştahanın pozulması.
Digər nevrotik pozuntular
Obsessiv-kompulsiv pozuntu, somatoform şikayətlər, xroniki yuxusuzluq və stress nevrozları.
0+
İllik həkim təcrübəsi
0
Beynəlxalq təkmilləşmə
0
Əsas ixtisas sahəsi
Bilmək istədikləriniz

Tez-tez verilən suallar

Baş gicəllənmə beyin qan dövranının pozulması nəticəsində yaranırmı?
Başgicəllənmə beyin və beyindən kənar səbəblərdən yarana bilər. Beyin qan dövranı pozğunluğu da baş gicəllənməsi yarada bilir. Lakin 85% hallarda baş gicəllənmə beyindən kənar səbəblərdən yaranır ki, buna «xoşxassəli pozisyonal vertiqo» deyilir. Səbəbi daxili qulaqda müvazinət kristallarının yerindən oynamasıdır. Bu isə düzgün diaqnoz qoyulduqda rahatlıqla aradan qalxan problemdir.
Əllərdə olan uyuşma və keyləşmə hansı fəsadlara səbəb ola bilər?
Əllərdə olan uyuşma ən çox «median» sinir adlandırılan sinirin bilək kanalında sıxılması nəticəsində yaranır. Əgər diaqnoz vaxtında qoyulub müalicə olunmazsa, əldə zəiflik, arıqlama, gücsüzlük və tutma qabiliyyətinin itməsinə, yəni parezə səbəb ola bilər.
Miqrenin müalicəsi varmı?
Miqren sağalan xəstəlikdir, lakin müalicəsi qısamüddətli deyil. İlk müalicə kursunda ağrıların sayı 50% azalırsa, bu uğurlu nəticədir. Müalicənin məqsədi ağrıların sayını minimuma endirmək və kəsməkdir. Düzgün sxem üzrə müalicə aparılarsa, buna nail olmaq mümkündür.
Uşaqlarda olan sidik qaçırma öz-özünə keçir, yoxsa mütləq müalicə olunmalıdır?
4 yaşdan yuxarı olan sidik qaçırma patoloji hesab olunur və enurez adlandırılır. Bəzən müalicəsiz keçə bilər, lakin çox hallarda müalicə olunmadıqda qalıcı olur və sonrakı müalicə çətinləşir.
Elektroneyromioqrafiya müayinəsi nədir və digər müayinələrdən hansı üstünlükləri var?
ENMQ müayinəsi sinir və əzələlərin elektrik aktivliyini təyin etməklə sinirlərdə və əzələlərdə yaranmış zədələri, keçici və qalıcı xəstəlikləri müəyyənləşdirir, diaqnoz qoyur və gedişat haqqında proqnoz verir. Bəzi xəstəliklərdə konservativ, yoxsa cərrahi müalicənin daha effektiv olacağı barədə məlumat verir.
Video məlumatlar
Sizi maraqlandıran mövzular haqqında qısa videolara baxa bilərsiniz.
Pasiyent rəyləri

Bizə etibar edənlər

Gözəl doktor, yaxşı ki sizi seçmişəm, var olun, indi çox yaxşıyam sayənizdə.
sehhetshiraliyev
Pasiyent
Mənim dəyərli doktorum Sevinc xanım, siz həqiqətən çox savadlı doktorsunuz, səmimi xanımsınız. İşlərinizdə uğurlar.
nurlan_eliyev11
Pasiyent
Bloq

Faydalı məlumatlar

Tikler nedir? Nevroloji tikler

Tiklər nədir? Nevroloji tiklər

Tik nədir? Tiklər nədir? Tiklər insanın özündən asılı olmadan nizamsız şəkildə təkrar edən, sadə və ya kompleks ...
Basgicellenmenin sebebleri

Başgicəllənmənin səbəbləri

Başgicəllənmə və ya başdönməsi Başdönməsindən əziyyət çəkən xəstələr ətrafdakı hər şeyin döndüyünü (fırlandığını) zənn edir, fiziki cəhətdən ...
Narahat ayaqlar sindromu nedir?

Narahat ayaqlar sindromu nədir?

Narahat ayaqlar sindromu necə bir xəstəlikdir? Bu, yuxu ilə əlaqədar meydana gələn bir hərəkət pozğunluğudur. Narahat ayaqlar ...