Bloqlar

Blog

Karpal tunel sindromu nədir? | Karpal tunel sindromunun əlamətləri və müalicəsi

  • 13 Mart 2022

Karpal tunel sindromu qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir və xüsusən dominant əldə, əl işi görən insanlarda çox müşahidə olunur. Köklük, hamiləlik, polineyropatiya, şəkərli diabet, amiloidoz, akromeqaliya, revmatoidli artrit, hipotireoz və s. kimi hallar karpal tunel sindromuna səbəb ola bilər. Karpal tunel sindromunun kliniki simptomları Əldə olan uyuşuqluq, keyimə şəklində paresteziya və ağrı hissi ilkin şikayətlərdəndir. Uyuşuqluq adətən ilk üç barmaqda hiss edilir, lakin bütün əldə də ola bilər. Parasteziya və ağrı adətən təkrari əl hərəkətlərində artar. Xəstələr tipik olaraq gecə yarısı qeyd olunan simptomlarla yuxudan oyanar (noktural paresteziyalar). Əl ağrısı servikal radikulopatiyanı təlqin edəcək şəkildə daha proksimala, said, bazu və çiyinə qədər yayıla bilər. Diaqnostikası Karpal tunel sindromu kliniki dəyərləndirildikdən sonra elektroneyromioqrafiya müayinəsi vasitəsilə diaqnozu qoyulur (Elektroneyromioqrafiya müayinəsi nədir? Bax: Sual-cavab) və xəstəliyin ağırlıq dərəcəsi qiymətləndirilir. Ən çox qarışıq salınan servikal disk yırtıqları ilə differensial diaqnostikası da elektroneyromioqrafiya müayinəsi vasitəsilə aparılır.

Karpal tunel sindromunun müalicəsi Müalicə sinir sıxılmasının ağırlıq dərəcəsinə əsasən təyin olunur. Düzgün müalicə istiqamətinin seçilməsində bizə elektroneyromioqrafiya müayinəsi də böyük kömək edir. Çox xəfif sinir sıxılmasında biləyə rahat pozisiya verilməsi və biləklik kifayət edə bilər. Orta dərəcə sinir sıxılmaların əsasən konservativ müalicəyə tabe olduqları halda, ağır dərəcədə olan sinir sıxılmalarına cərrahi dekompressiya məsləhətdir.

Xidmətlərimiz

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

Daha ətraflı

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

Daha ətraflı

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

Daha ətraflı

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

Daha ətraflı
Daha çox