Bloqlar

Blog

Narahat ayaqlar sindromu nədir?

  • 15 Dekabr 2023

Narahat ayaqlar sindromu necə bir xəstəlikdir?

Bu, yuxu ilə əlaqədar meydana gələn bir hərəkət pozğunluğudur. Narahat ayaqlar sindromundan əziyyət çəkən xəstələr gecələr yatarkən ayaqlarını dayanmadan hərəkət etdirir. Onlar ayaqlarında uyuşma və qıcıqlanma hissindən əziyyət çəkir.

Bu, xroniki bir xəstəlikdir?

Bu xəstələrin bəziləri hər gecə eyni vəziyyətdən şikayət etsə də, bəziləri bu ağrıların və narahatlığın hər gün baş vermədiyini bildirir. Narahat ayaqlar sindromunun dözülməz həddə çatması insanda yuxu rejiminin pozulmasına, yuxusuzluq əlamətlərinin qabarıqlaşmasına səbəb olur. Hətta elə vaxt olur ki, bu xəstələr təkcə yatanda yox, səyahət edəndə də əziyyət çəkirlər. Bəziləri rahat maşın sürə bilmir, maşın sürməkdən də qorxur, bəziləri məclislərdə oturarkən narahatlıq hissi keçirir. Əlavə olaraq günlərdir çəkən yuxu pozuntuları xəstəni depressiyaya sala bilər.

Narahat ayaqlar sindromu hansı insanlarda görülür?

Xəstəlik qadınlar və kişilərdə eyni dərəcədə görülməkdədir. Hər 100 nəfər insandan 3-4-ündə bu xəstəlik öz əlamətlərini göstərir. Əgər ailədə narahat ayaqlar sindromu mövcuddursa, bu, uşaqlarda da özünü göstərə bilər. Ona görə uşaqların ayağında olan hər ağrını adi ağrı kimi qəbul edib, müayinədən imtina etmək düzgün deyildir.

Narahat ayaqlar sindromunun yaranma səbəbləri

Narahat ayaqlar sindromunun yaranmasına təsir göstərən digər xəstəliklər haqqında məlumatlı olun:

Bədəndə vitamin çatışmazlığı, ayaqlarda qan dövranının pozulması, əzələ xəstəlikləri, böyrək xəstəliyi, dəmir çatışmazlığından yaranan problemlər və s.

Xəstəliyin müalicəsi üçün ilk növbədə narahat ayaqlar sindromunun xəstənin bədənindəki digər xəstəliklərdən qaynaqlanıb-qaynaqlanmadığı müəyyən olunmalıdır. Daha sonra düzgün diaqnoz ilə müalicəyə başlamaq yaxşı nəticə verəcək.

Xidmətlərimiz

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

Daha ətraflı

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

Daha ətraflı

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

Daha ətraflı

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

Daha ətraflı
Daha çox