
Nevroloq kimdir?
Nevroloq (bir başqa adı ilə nevropatoloq) nevroloji xəstəliklərin müayinə və müalicəsini həyata keçirən həkimdir. Nevroloji xəstəliklər - sinir xəstəlikləri, demək olar ki, hər bir insanda görülə biləcək (hətta çox sıxlıqla rast gəlinir bu xəstəliklərə) xəstəliklər qrupuna daxildir. Təəssüf ki, xroniki hal aldıqda və ağırlaşdıqda xəstənin həyat tərzini çətinləşdirir.
Nevroloq-nevropatoloqa nə zaman müraciət etməli?
Sinir ağrıları daha çox bel, boyun, ayaqlarda, çiyinlərdən qollara doğru yayılan ağrılar (bəzi hallarda üzdə hiss olunur) şəklində hiss olunur. Pasiyentlər ağrı hiss etmədən həkimə müraciət etmədikləri üçün çox vaxt həkimə müraciət edəndən sonra nevroloji xəstəliyin nə qədər ağırlaşdığı tam təsbit olunur.
Bundan əlavə, daima yüksək gərginlik içərisində olmaq, oturaq həyat tərzinə çox alışmaq, miqrendən əziyyət çəkmək, başdönməsi və s. bu xestelikleri sürətləndirir.
Nevroloq hansi xestelikleri mualice edir:
- Osteoxondroz
- Miqren
- Trigeminal nevralgiya
- Onurğa xestelikleri
- Nevroz
- Epilepsiya
- Depressiya
- Panik atak
- Yuxusuzluq
- Narahat ayaqlar sindromu və s.
Ümumi olaraq tibbin digər sahələrində olduğu kimi nevrologiyada da pasiyentə fərdi yanaşma, onun xəstəliyinin tam düzgün diaqnozu, müalicə planının xəstənin fərdi bioloji cəhətlərinə uyğun həyata keçirilməsi çox mühüm rol oynayır. Bu halda müalicənin effektiv nəticəsini görmək mümkündür.