Nevroloq Dr. Sevinc Məmmədova həftə içi hər gün saat 10:00 - 17:00 aralığında MedEra Hospital klinikasında çalışmaqdadır.
Onlayn formada birbaşa qəbul tarixi almaq mümkündür
Pasiyentləri ən çox maraqlandıran sualların cavablarına baxa bilərsiniz
2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır. 2009-2010-cu illərdə F.Əfəndiyev adına Şəhər Kliniki Xəstəxanasında Nevrologiya üzrə internatura keçmiş və Nevropatoloq ixtisasını almışdır. 2012-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Nevropatologiya” üzrə ümumi təkmilləşmə kursu keçmişdir. Eyni ildə Ukraynada A.P.Romodanov adına Neyrocərrahiyyə İnstitutunda EEQ üzrə təkmilləşmişdir. 2015-ci ildə Nevrologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmiş, həmin ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən "31-ci Beynəlxalq Epilepsiya konfransı"nda iştirak etmişdir. Eyni zamanda həmin ildə T.C. Uludağ Universiteti Tibb Fakültəsi, Nevroloji kafedra, Nevrofizioloji laboratoriyada ENMG, EEG, uyarılmış Potensial və Nevroloji klinikdə Nevropatologiya üzrə təkmilləşmişdir. 2015-2016-cı illərdə Səudiyyə Ərəbistanda Miznab Hospitalda qeyri-stabil, nevroloji xəstələrin intensiv müalicəsi üzrə təkmilləşmiş, Bursa şəhər Uludağ Universitetində Nevroloji klinikdə Nevrologiya və neyrofizioloji laboratoriyada EEQ və ENMQ üzrə kurs keçmişdir. 2011-2018-ci illərdə Dəmiryol Xəstəxanasında çalışmış, hazırda isə MedEra Hospitalda çalışmaqdadır.
Nevroloq-nevropatoloq Sevinc Məmmədova epilepsiya, əsəbilik, depressiya, xroniki yorğunluq, yaddaş pozğunluğu, yuxu pozğunluğu, nitq problemləri, genetik mənşəli əzələ və sinir zədələnmələri, yerimə problemləri, karpal tunel sindromları, pleksopatiyalar, diabetik və digər mənşəli polineyropatiyalar, kubital tunel sindromları, parkinson xəstəliyi və s. xəstəlikləri peşəkarcasına müalicə edir.
Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.
Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.
Daha ətraflıBeyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi
Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi
Daha ətraflıMüxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi
Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi
Daha ətraflıFokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri
Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri
Daha ətraflıNevroloq kimdir...
Bel fəqərə arası disk yırtıqları vücudumuzun ağırlıq mərkəzinin iki aşağı bel fəqərələrinə (L4-L5) düşdüyünə görə ən sıx rast gəldiyimiz onurğa problemləridir....
Copyright © Bütün hüquqlar qorunur | @VRproduction