Bloqlar

Blog

Miqrenin yaranma səbəbləri

  • 9 Fevral 2023

Miqren nədir?

Miqren nedir? Miqren başın bir və ya hər iki tərəfində hiss olunan çox şiddətli ağrılardır. Bu xəstəlik əsasən xroniki hal alır və bəzi pasiyentlərdə baş ağrısı ilə yanaşı ürəkbulanma, səsə və işığa qarşı aşırı həssaslıq və s. əlamətlər də özünü göstərə bilir.

Miqren niye yaranir?

Miqren, demək olar ki, irsi bir xəstəlikdir. Amma buna əlavə olaraq miqreni yaradan səbəblər kimi aşağıdakı problemlər də nəzərə alınmalıdır.

Miqren yaradan sebebleri 4 qrupa bölmək olar:

- Psixoloji səbəblər: zehni, emosional yüklənmə, stres.
- Fizioloji: yuxu pozğunluğu, yorğunluq, hormonal dəyişikliklər.
- Qida və içkilər: qəhvə, şokolad, qoz-fındıq, pendir, kakao, hisə verilmiş ət, sitrus meyvələri, şərab, şampan və digər aşağı alkoqollu içkilər.
- Xarici amillər: kəskin qoxu, parlaq işıq, yüksək səs, atmosfer təzyiqinin dəyişməsi, havasız otaqlarda olmaq.

Miqrendən əziyyət çəkənlər üçün tövsiyələr

Miqren ağrıları xəstələri xüsusi ağırlaşdıran ağrılardandır. Bu ağrılar uzunmüddətli olur və xəstələr ağrı hiss etdikləri müddətdə çox həssaslaşırlar.

Miqren ağrılarının şiddətlənməməsi üçün xəstələr aşağıdakı nüanslara xüsusi diqqət etməlidir:
▪ ac və yuxusuz olaraq çox qalmamalı,
▪ ağrı hiss etdikdə işıqdan bir müddət çəkinməli,
▪ stressdən uzaq qalmalıdırlar.

Bununla yanaşı mütəmadi olaraq müayinələrdən keçmək, nevroloji müayinəni gecikdirməmək və həkimin tövsiyələrinə əməl etmək mütləqdir.

Xidmətlərimiz

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

Daha ətraflı

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

Daha ətraflı

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

Daha ətraflı

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

Daha ətraflı
Daha çox