Bloqlar

Blog

Bel fəqərə arası disk yırtıqları necə yaranır və mexanizmi nədir?

  • 15 Aprel 2022

Bel fəqərə arası disk yırtıqları vücudumuzun ağırlıq mərkəzinin iki aşağı bel fəqərələrinə (L4-L5) düşdüyünə görə ən sıx rast gəldiyimiz onurğa problemləridir. Yaş irəlilədikcə disklərin tərkibindəki maye azalır və disklərin elastikliyi azalmağa başlayır. Müəyyən şəxslərdə, məsələn yuxarıda qeyd edildiyi kimi ağır çəkili insanlar, ağır yük daşıyanlar, uzun müddət sabit vəziyyətdə qalan, passiv həyat tərzi keçirən insanlar, daimi vibrasiya məruz qalan sürücülərdə maye normalda olduğundan daha sürətlə azalaraq, diskin elastikliyi və yastıq funksiyası pozulur və mütəmadi olaraq diskin içərisindəki yumşaq maddə qurumuş və çatlamış zarı yırtıb bayıra doğru çıxmağa çalışır. Bu dövr yırtıq öncəsi dövr, tibbi terminlə desək, diskin protruziyası adlandırılır. Çatlamış zarı yırtıb artıq bayıra çıxmış disk isə yırtılmış disk və ya başqa adla diskin ekstruziyası adlanır. Bayıra doğru çıxan disk sinir köklərinə təzyiq edərək bir sıra nevroloji pozğunluq yaradır. Bel fəqərə arası disk yırtıqları zamanı adətən ilk görünən əlamət bel ağrısıdır. Erkən dövrdə görünən lokal ağrılar qarşısı alınmazsa və müalicə olunmadıqda getdikcə artan sinir kökünün sıxılması nəticəsində sinir kökündən ayrılan sinir boyunca yayılan ağrılar əmələ gətirər. Ağrılar adətən birtərəfli olur. Bel yırtıqlarında yırtılmış disk sinir kökcüyünü sıxan zaman bud və baldırın arxa-yan hissəsi ilə dabana qədər yayılan kökcük ağrıları əmələ gətirir, güclü ağrılar xəstəni həkimə getməyə məcbur edər. Əgər yırtılmış disk daha da böyüyüb spinal kanalın böyük bir qismini tutubsa, şikayətlər hər iki ayağa yayıla bilər. Sinir köklərinin sıxılması artdıqca aşağı ətraflarda uyuşma, keyimə, qarışqa gəzməsi kimi hissi pozuntular, həmin ətrafda atrofiya, yəni əzələ kütləsinin itirilməsi və arıqlaması, nəticə etibarilə ayaqda parez dediyimiz gücsüzlüyə gətirib çıxarır. Eynilə disk yırtığının ağır mərhələlərində onurğa beyni qurtardıqdan sonra “at quyruğu” adını alan kökcüklərin sıxılması nəticəsində sidik-ifrazat funksiyasının pozulması baş verə bilər. Bel fəqərə arası disk yırtıqlarının diaqnozu üçün ilk növbədə MRT müayinəsindən istifadə olunur. Daha sonra hansı kökcüyün nə dərəcədə sıxılmasını və müalicə istiqamətinin seçilməsi üçün ENMQ müayinəsindən istifadə olunur. ENMQ vasitəsilə biz həmçinin disk yırtığını nevroloji oxşar şikayət verən lumbo-işalgiya, lumbar pleksopatiyalar və ya tunel neyropatiyalarda ayırd edə bilirik. Hər insan həyatı boyunca bir və ya bir neçə dəfə bel ağrısı keçirir. Bunların 90%-i bel yırtıqları ilə əlaqəsi olmayan mexaniki bel ağrılarıdır.

Məsələn: qrip infeksiyası zamanı virus bədənə yayıldıqda bel əzələlərində spazm yaradaraq bel ağrısına səbəb ola bilər. ağır işlərdə çalışan aktiv həyat tərzli insanlarda ani qeydi düzgün hərəkətə bağlı olaraq onurğanın arxasındakı oynaq-bağ aparatının yükə düşməsi nəticəsində yaranan bel ağriları soyuqdəymə nəticəsində müəyən əzələ qruplarının spazmı (bel sərpməsi kimi ifadə edilən hallar) Yaşla əlaqədar el arasında duzlaşma dediyimiz hallar ,sümükdəki osteoartrotik dəyişikliklər,bununla əlaqəli spondilyozlar və onurğa kanalı stenozu yaranır ki,bu da eyni klinikanı qarşımıza çıxarır. Sinir sistemi və fəqərələrin şişi və ya digər orqanların xərçəng metatazı bu şəkildə ağrılarla təlqin oluna bilər. Daxili orqanların ağrıları,məsələn bir böyrək ağrısı bel ağrısı şəklində qarşımıza çıxar. Eynilə aşağı ətrafların neyropatiyası,pleksopatiyalar,tunel sindromları da bel fəqərə arası disk yırtıqlarını təlqin edəcək klinika verə bilər. Bel fəqərə arası disk yırtıqlarının müalicəsi Bel fəqərə arası disk yırtıqlarının müalicəsi kəskin və xronik dövrdə olmasından asılı olaraq ayrılır. Kəskin dövr üçün yataq və yarımyataq istirahəti, medikamentoz müalicə ilə birgə aparılır. Xroniki dövrdə fizioterapiya və reabilitasiyalardan yararlanırıq. Bel çevrəsi üçün gimnastik hərəkətlər və üzmə hərəkətləri verilir.

Xidmətlərimiz

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

Daha ətraflı

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

Daha ətraflı

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

Daha ətraflı

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

Daha ətraflı
Daha çox