Bloqlar

Blog

ENMQ - Elektroneyromioqrafiya nədir və Elektroneyromioqrafiyanın əhəmiyyəti nələrdir? | Neyrofizioloji müayinə üsulları

  • 13 Mart 2022

Elektroneyromioqrafiya bir sıra periferik sinir sistemi xəstəlikləri və əzələ xəstəliklərinin diaqnostikası,xəstəliyin ağırlıq dərəcəsinin dəyərləndirilmısində istifadə olunur. Radikulyar sinir lezyonları (məsələn, fəqərəarası disk yırtığı): Bel-oma və boyun yırtıqlarına bağlı yaranan sinir zədələnməsinin təşhis edilməsində çox yararlıdır. Bu müayinə kökcüklərə bağlı sinir zədələnməsinin dərəcəsini təsbit edir və hansı əzələlərin daha çox zədələnməsini aydınlaşdırır. Pleksopatiyalar: daha çox obstetrik (doğuş) travmaların nəticəsi olaraq qarşımıza çıxsa da, amiotrofik pleksopatiyalar böyüklərdə də nadir olmayaraq rastlanır və diaqnostikasında çox zaman yanlışlıqlara yol verilə bilir və yeganə diaqnostikası elektroneyromioqrafiya vasitəsilə qoyulur. Polineyropatiyalar: ən çox şəkərli diabet xəstələrində izlənsə də, bundan başqa, B12 vitamini və fol turşusu əksikliyi kimi metobolik pozğunluqlar, böyrək və qaraciyər çatışmazlığı kimi orqan disfunksiyaları, revmotoloji xəstəliklər, xroniki alkoqalizm və ya bəzi məsləklərlə əlaqədar toksiki maddə alımı, malign xəstəliklər daha nadir görülən bəzi xəstəliklərdə periferik sinir sistemi yayılmış zədələnməyə bunların aşkar olunmasında Elektroneyromioqrafiya müayinəsi vacib əhəmiyyətə malikdir. Eynilə genetik polineyropatiya olan Charcot-Marie-Tooth xəstəliyinin də yeganə diaqnostik müayinə üsuludur. Sinir travmaları, mononeyropatiyalar və ya hər hansı sinirin neyropatiyası; Üz siniri nevritləri; Tunel sindromları (karpal tunel sindromu, kuuubital tunel sindromu, torasik çıxış sindromu, peroneal sinirin fibullla başı sıxışması, piriformis sindromu, lateral femoral kutaneus sindromu) kimi çox rastlaşdığımız sinir sıxışmalarının yeganə müayinə üsuludur. Motor neyron xəstəlikləri (Amiotrofik Lateral Skleroz,Poliomielit, Postpolio sindromu). Miopatiyalar. Distoniyalar. Nəticə etibarilə orqanizmin müəyyən nahiyyəsində olan ağrılı vəziyyət, hissi qüsurlar, ətraflarda olan gücsüzlük, məhdud və ya yayılmış əzələ atrofiyalarına səbəb olan patoloji proseslərdə diaqnozun qoyulması və bu zaman sinir və əzələlərin nə dərəcədə zərər gördüyünü ölçmək məqsədilə tətbiq olunur. Həmçinin müəyyən xəstəliklərdə xəstəliyin dinamik müşahidəsi və müayicə istiqamətinin seçilməsində böyük əhəmiyyət kəsb edir. Elektroneyromioqrafiya müayinəsi necə aparılır? Elektroneyromioqrafiya tətbiqi iki şəkildə aparılır: Sinir keçiriciliyinin ölçülməsi Əzələlərin müayinəsi Sinir keçiriciliyini ölçülməsi zamanı xəstənin ilkin diaqnoz və ya şikayətinə uyğun olaraq neyrofizioloq tərəfiindən seçilmiş sinirlərə (qollarda, ayaqlarda və ya vücudun digər qismində) dəri üzərində yerləşdirilmiş elektrod vasitəsilə elektrik impulsu verilir. Cərəyan axını keçən sinir nahiyyəsində xəstədə xoşagəlməz hiss yaranır, lakin bu ağrı şəklində qəbul olunmur. Bu ötürülmədən yararlanaraq sinirin zədələnməsi, zədənin səviyyəsi və dərəcəsi ölçülür. Əzələlərin müayinəsi: ENMQ müayinəsi ikinci hissədə diaqnozu dəqiqləşdirilməsi məqsədilə və bəzi hallarda həlledici olaraq iynə EMQ-si ilə davam etdirilir. Bu zaman yaranmış siqnallar kompyuterdə əks olunaraq nəticədə normal yaxud sinir xəstəlikləri zamanı yaranmış neyropatik və ya əzələ xəstəlikləri zamanı yaranmış miopatik lifləri dəyərləndiririk.

Bu müayinə ilə bağlı əks göstəriş və ağırlaşmalar İynə EMQ ilə bağlı ağırlaşmalar çox nadirdir və demək olar, yox səviyyəsindədir. Müayinədən əvvəl xəstə necə hazırlanmalıdır? antiaqreqant və antikoaqulyant alan xəstələrdə hematomanın yaranmasının qarşısını almaq məqsədilə iynənin giriş yerinə bir dəqiqə müddətində təzyiq edilməli. trombositopeniyalı xəstələrdə trombositlərin sayı 30000mm\kub –dan çoxdursa iynə EMQ güvənlə tətbiq oluna bilər, qeyd olunan səviyyədən azdırsa iynə EMQ təxirə salınmalı. iynə EMQ tətbiq etməzdən əvvəl infeksion xəstəliyin olub-olmaması barədə sorğu aparılmalı (HİV, virus hepatitləri və s.) dəri infeksiyası olan xəstələrə iynə infeksion bölgəyə batırılmamalı. limfostazlı xəstələrdə limfostazlı nahiyyənin iynə müayinəsində diqqətli olmaq lazım ENMQ müayinəsindən əvvəl xəstənin ac qalmağına ehtiyac yoxdur. Əksinə qan şəkərinin düşməsini önləmək üçün tox gəlməsi məsləhətdir. Bəzi hallarda yalnız xəstənin alt paltarı qalmaqla geyimini çıxarmasını istəyə bilərik. Buna görə də rahat paltarın geyinilməsi daha məsləhətlidir. Aparılan prosedur zamanı dərinin elektrik keçiriciliyi mühüm olduğu üçün cildə krem və ya bənzəri maddələrin sürtülməsi, cildin yağlıolmaması müayinə üçün əhəmiyyətlidir.

Xidmətlərimiz

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

PERİFERİK SİNİR XƏSTƏLİKLƏRİ

Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.

Daha ətraflı

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

BEYİN QAN DÖVRANI POZĞUNLUQLARI

Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi

Daha ətraflı

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

BAŞ AĞRILARI VƏ BAŞ GİCƏLLƏNMƏLƏRİ

Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi

Daha ətraflı

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

EPİLEPSİYALAR

Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri

Daha ətraflı
Daha çox