Müayinə üçün xüsusi metal elektrodlar xəstənin saçlı dərisi üzərindən yerləşdirilir. Müayinə təqribən 30 dəqiqə müddətində beyin korteksinin fərqli nöqtələrindən nümunə alınmış elektrik aktivliyinin eyni anda qeyd edilməsinə əsaslanır. Əvvəllər EEQ kağız üzərinə qeyd olunurdu, lakin hazırda kompyuter texnologiyası inkişaf etdikdən sonra beynin bioelektrik siqnalları kompyuterdə əks olunmaqla izlənilir. EEQ müayinəsi oyanıqlıq və yuxu zamanı,həmçinin 30 dəqiqəlik EEQ müayinəsində epileptik aktivliyin qeyd olunmaması halları zamanı qıcolma zamanı paroksizmallığı qeyd etmək üçün uzun müddətli EEQ monitorizasyon tətbiq olunur.
Elektroensefaloqrafiya nə zaman istənilir? EEQ-in bir çox klinik tətbiq sahəsi var. EEQ epileptik aktivliyin göstərilməsi, qıcolma və epilepsiya sindomlarının sinifləndirilmısində önəmlidir. bu müayinə əvvəlcədən bilinməyən orqanik, funksional və ya metabolik bir pozğunluğu radioloji müayinələr normal olsa belə ortaya çıxara bilər. eynilə epileptik qıcolmaları epileptik olmayan (psixogen) qıcolmalardan və digər paroksizmal hallardan (sinkopa, hipoqlisemiya və s.) ayırd etmədə qızıl standart sayılır. 15% hallarda epilepsiyalı xəstədə normal EEQ və normal, epilepsiyası olmayan bir xəstədə anormal aktivlik çıxa bilər. Bu səbəbdən EEQ müayinəsinə gələn hər bir xəstənin anamnezi alınmalı və klinik korrelyasiya aparılmalı. Elektroensefaloqrafiya müayinəsinə əks göstəriş nələrdir? EEQ müayinəsinə heç bir əks göstəriş yoxdur. Hətta hamilələrə, süd verən analara, körpə uşaqlara rahatlıqla təyin edilə bilər.
Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.
Disk yırtıqları, kələf zədələnmələri, Karpal Tunel sindromu, Polineyropatiyalar və s.
Daha ətraflıBeyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi
Beyin qan dövranı pozğunluqları, diqqət və yaddaş problemlərinin müalicəsi
Daha ətraflıMüxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi
Müxtəlif növ baş ağrıları və baş gicəllənmələrinin səbəbinin aydınlaşdırılması və müalicəsi
Daha ətraflıFokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri
Fokal və generalizə qıcolma tutmaları, absanslar və epilepsiyanın digər növləri
Daha ətraflıCopyright © Bütün hüquqlar qorunur | @VRproduction